...

Sumqayıt şəhərindəki mənzillərin birində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb

Hadisə Materials 2 Oktyabr 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr /Trend News, K.Zərbalıyeva/ Sumqayıt şəhərindəki Betonzavodun ərazisindəki tikilidə dünən səhər partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, həmin ərazidə yaşayan Qardaşxan Hüseynova məxsus 2 otaqlı fərdi evdə təbii qaz sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə evin qapı və pəncərələri sınıb, 6 kvadratmetrlik sahə yanıb.

Ev sahibi və onun həyat yoldaşı Zümrüd Hüseynova ağır bədən xəsarətləri ilə Təcili Tibbi Yardım Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.Hüseynov xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti