Azərbaycan, Gəncə, 06 oktyabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycan Daxili Qoşunlarının Zaqatala rayonundakı N saylı (paytaxt Bakıdan 380 kilometr şimal - qərbdə yerləşir) hərbi hissəsində bədbəxt hadisə baş verib.
Gəncə şəhər Kəpəz rayon hərbi komissarlığından bu ilin aprelində hərbi xidmətə çağırılmış 21 yaşlı Vüsal Fərhad oğlu Rüstəmov ötən gün elektrik cərəyanı vurmasından həlak olub.
Komissarlıqdan bazar ertəsi Trend -un bölgə müxbirinə verilən məlumata görə, Rüstəmov xidmət etdiyi hərbi hissədə elektrik işləyib. Hadisə əsgərin ehtiyatsızlığı üzündən baş verib.
Rüstəmov ixtisasca elektrik olub.
Faktla bağlı araşdırma aparılır. Əsgərin cənazəsi yaşadığı Gəncə şəhərinə (paytaxt Bakıdan 360 kilometr qərbdə) gətirilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]