Azərbaycan, Bərdə, 23 noyabr/ Trend , müxbir Ş.Cəliloğlu/ Bazar günü yerli vaxtla saat 16:00 radələrində Ağcəbədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. VAZ 2107 avtomobillə "Mersedes" markalı avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, ikisi ağır xəsarət alıb.
Hadisə zamanı 04-OF-117 dövlət nişanlı VAZ 2107 avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü İsmayılov Nadir Məhərrəm oğlu və həmin avtomobilin sərnişini 1979-cu il təvəllüdlü Məhərrəmov Nadir Səfər oğlu, o cümlədən 45-BB-511 dövlət nişanlı "Mersedes" markalı avtomobilin sürüğüsü 1966-cı il təvəllüdlü Nəcəfov Faiq İsmayıl oğlu hadisə yerində keçinib.
VAZ 2107 markalı avtomobilin digər iki sərnişini ağır xəsarət alıb. Onlar Ağcəbədi rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Trend a verilən məlumata görə, hər iki yaralı travmotologiya şöbəsinə yerləşdirilib. Vəziyyətləri kafidir.
Faktla bağlı Ağcəbədi rayon polis şöbəsində araşdırma aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]