...

Azərbaycan Ordusunun əsgəri hospitalda ölüb

Hadisə Materials 24 Noyabr 2008 11:13 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri hospitalda ölüb

Azərbaycan, Bakı, 24 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Ordusunun əsgəri hərbi hospitalda dünyasını dəyişib.

Hərbi mənbənin bazar ertəsi Trend -a verdiyi məlumata görə, Bakıdakı N saylı hərbi hissəsinin əsgəri Coşqun Hüseyn oğlu Abdulrəhimov bazar günü Bakıdakı Mərkəzi Hərbi Hospitalda ölüb.

Əsgər ötən ilin oktyabrında İmişli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb.

İmişli rayon Hərbi Komissarlığından bazar ertəsi Trend -a bildirilib ki, əsgərin meyiti bazar günü ailəsinə verilib və həmin gün dəfn olunub. Komissarlıq əsgərin hansı xəstəlikdən dünyasını dəyişməsi barədə məlumatsızdır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən əlavə məlumat almaq mümkün olmayıb. Mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məsələnin araşdırıldığını bildirib.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Ötən həftə daha bir əsgər ağır xəstəlikdən dünyasını dəyişmişdi. Nazirliyin mətbuat xidmətinin rəhbəri Sabiroğlu bildirib ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən, Ağstafadakı N saylı hərbi hissənin əsgəri, 18 yağlı Ruslan Adıgözəlov ağır kəskin meningit xəstəliyindən dünyasını dəyişib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti