...

Azərbaycan paytaxtında sərnişin avtobusu yanıb

Hadisə Materials 28 Noyabr 2008 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir S.Kazımlı/ Bakıda sərnişin avtobusu yanıb. Hadisədə xəsarət alan olmayıb.

Trend - un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl Atatürk prospekti ilə 9 - cu mikrorayon istiqamətində hərəkət edən, Nail Məhərrəmovun idarə etdiyi 27 saylı "OTOYOL" markalı 10 LT 697 nömrə nişanlı sərnişin avtobusunda yanğın baş verib. Xəsarət alan olmayıb. Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin Nəsimi rayonunun yanğınsöndərən birqadasının iki maşını gəlib.

Dünən Azərbaycanın paytaxtında, Hüseyn Cavid prospektində, Dövlət Gömrük Komitəsinin qarşısında 10 -TB - 655 dövlət nömrə nişanlı 5 saylı reys avtobusu da yanıb. Avtobus sürücüsü Mərdan Əliyevin sözlərinə görə, nəqliyyat vasitəsi bir müddət əvvəl texniki baxışdan keçib. "OTOYOL" markalı avtobus köhnə nümunəli olub. Hadisə yerinə FHN- in iki yanğınsöndürən maşını, polis və təcili yardım gəlib. Yanğın söndürülüb. Zərər çəkən olmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti