...

Azərbaycan Milli Ordusunun giziri ürək tutmasından ölüb

Hadisə Materials 6 Dekabr 2008 10:51 (UTC +04:00)
Azərbaycan Milli Ordusunun giziri ürək tutmasından ölüb

Azərbaycan, Bakı, 06 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan Milli Ordusunun gizirinin kirayədə yaşadığı mənzildə meyidi tapılıb.

Ağstafa rayon polis şöbəsindən şənbə günü Trend - a verilən məlumata görə, Ağstafadakı N saylı hərbi hissəyə ezam olunmuş 45 yaşlı gizir Müseyibov Nazim Qara oğlu hamamda yuyunmağa hazırlaşarkən ürək tutmasından dünyasını dəyişib.

Məlumata görə, Müseyibov ürək xəstəliyindən əziyyət çəkirdi.

Müseyibov Bakıdakı N saylı hərbi hissədə xidmət edib və bir müddət əvvəl Ağstafaya ezam olunub.

Rayon polis şöbəsi hadisə ilə bağlı materialları Qazax Hərbi prokurorluğuna göndərib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti