...

Güclü külək Azərbaycanın şimal regionunun yarısından çox hissəsini işıqsız qoydu

Hadisə Materials 24 Yanvar 2009 19:05 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 24 yanvar/ Trend , müxbir A.Qafarov/ 24 yanvar səhər saatlarından başlayaraq Azərbaycanın şimal rayonu olan Xaçmazda əsən güclü külək elektrik enerjisi ilə təchizatda problemlər yaradıb. Güclü külək nəticəsində Xaçmazın 60%-i işıqsız qalıb. Xaçmaz rayon elektrikpaylayıcı şəbəkəsinin rəisi Qismət Əskərovun Trend a verdiyi məlumata görə, külək elektrik xəttləri və dirəkləri yararsız hala salıb. "Qısa müddət ərzində elektrik enerjisinin əhaliyə verilməsi bərpa oldiləcək", Əskərov deyib.

Hazırda şəbəkə əməkdaşları ərazidə təmir-bərpa işlərini davam etdirirlər.

Güclü külək ağacları kökündən çıxarıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti