...

Bakı metropoliteni qatarların hərəkətində yaranan problemin səbəblərini açıqlayıb

Hadisə Materials 10 Mart 2009 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov /

Çərşənbə axşamı səhər Bakı metropolitenində qatarlarının hərəkətində yaranan gecikmələr işıqlandırma sistemi və işıqforların işində yaranan texniki problemlər səbəbindən baş verib. Bu barədə metropolitenin mətbuat xidmətindən bildiriblər.

"Texniki problemlər saat 07:00 və 08:00 [Bakı vaxtı ilə] aralığında yaranıb. Hazırda problem aradan qaldırılır", - deyə metropoliten nümayəndəsi bildirib.

İndiyədək yaranan problemin mənbəyi müəyyən olunmayıb. "Əməkdaşlarımız hazırda problemin yaranma mənbəyinin aşkar edilməsi və metro işinin normalaşdırılması üzərində işləyirlər", - deyə mətbuat xidmətindən qeyd ediblər.

Bakı metropoliteni "İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasınadək üç aralıq stansiya ilə 1967-ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 20 stansiya).

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti