...

Azərbaycanın qərbində külli miqdarda narkotika satan şəxs tutulub

Hadisə Materials 10 İyun 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun  / Trend , müxbir C.Babayeva /

Azərbaycanın qərbində yerləşən Tovuz rayonunun (paytaxt Bakıdan 420 km aralı) sakini Malik Qocayev  9 kiloqram 275 qram marixuananı 7 min dollara satarkən tutulub.

Qocayev Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb, çərşənbə axşamı DİN-in mətbuat xidmətinin məlumatında bildirilib.

DİN faktla əlaqədar araşdırmalar aparır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti