...

Bakı Metropoliteninin stansiyasına partlayıcı qurğu qoyulması barədə məlumat təsdiqini tapmayıb

Hadisə Materials 6 İyul 2009 21:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir H.Bağırov/

Bakın Metropolitenin stasiyalarından birinə partlayıcı qurğu qoyulması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.

Nərimanov rayon Polis İdarəsindən Trend -a verilən məlumata görə, bazar ertəsi saat 17.00 radələrində naməlum şəxs metronun "Nərimanov" stansiyasına partlayıcı qurğu qoyulması haqda məlumat verib.

Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gedərək araşdırma aparıblar. Araşdırma zamanı məlumatın yalan olması müəyyənləşib.

Araşdırma zamanı məlum olub, ki naməlum şəxs zəngi rayon ərazisində yerləşən avtomat telefonların birindən edib. Hazırda faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti