...

Azərbaycanda məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs damarlarını kəsib

Hadisə Materials 12 Avqust 2009 13:47 (UTC +04:00)
Azərbaycanda məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs intihara cəhd edib.
Azərbaycanda məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs damarlarını kəsib

Azərbaycan, Bakı, 12 avqust / Trend , müxbir H.Bağırov /

Azərbaycanda məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs intihara cəhd  edib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə günü Trend -a verilən məlumata görə, quldurluq və oğurluqda təqsirləndirilən Möhübbət Məmmədov məhkəmə tərkibinə etirazını bildirib. O, etirazı qəbul edilmədiyi üçün özü ilə gətirdiyi ülgünclə damarlarını doğrayıb. Məhkəmədə ona tibbi yardım göstərilib və daha sonra zaldan çıxarılaraq, saxlandığı təcridxanaya göndərilib.

Möhübbət Məmmədov, İlham Şamilov, Ramil Həsənov, Mirəhməd Nəsirov bu il yanvarın 14-də paytaxtın Səbail rayonunda taksi sürücüsünə bıçaqla hədə-qorxu gələrək, onu avtomobildən düşürüblər və avtomobillə hadisə yerindən qaçıblar. Onlar həmin gün avtomobillə Sabunçu rayonunda mənzil qarət ediblər.

Təqsirləndirilənlər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə ittiham olunurlar.




Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti