Çeçenistan paytaxtında cümə günü baş verən partlayışları velosiped sürən dörd kamikadze törədib, kamikadzelərin hamısı və dörd milis ölüb, iki milis əməkdaşı yaralanıb. Bu barədə RF PİK-ya istinadən RİA Novosti məlumat verir.
"Bu gün velosiped sürən dörd kamikadze yerli vaxtla təxminən 13.10-dan 13.40-dək Qroznı şəhərinin müxtəlif rayonlarında terror aktları törədib, nəticədə milis əməkdaşları həlak olublar", - RF PİK-in İstintaq İdarəsinin məlumatında deyilir.
İdarənin məlumatına görə, yerli vaxtla 13.10-da 1 may küçəsində post patrul xidmətinin iki əməkdaşına tərəf velosipeddə sonradan partlayıcı qurğunu işə salan naməlum şəxs gəlib. "Partlayış nəticəsində terrorçu və iki milis əməkdaşı ölüb", - məlumatda deyilir.
"Daha sonra, yerli vaxtla 13.40-da Mayakovski küçəsində anoloji hadisə zamanı daha iki milis əməkdaşı ölüb, biri yaralanıb", - məlumatda qeyd olunur.
"Daha iki partlayış Qroznıda mikrorayon ərazisində və Oktyabr rayonunda baş verib. Zərərçəkənlərin sayı dəqiqləşdirilir", - PİK-in məlumatında deyilir.
Hadisə yerində RF PİK-in Çeçenistan Respublikası üzrə İstintaq İdarəsinin müstəntiqləri və operativ əməkdaşlar işləyirlər.
PİK-dən qeyd ediblər ki, Qroznıya praktiki kömək göstərmək üçün RF PİK-in Mərkəzi Aparatının və Baş İstintaq İdarəsinin cənub federal dairələri üzrə müstəntiqləri və kriminalistləri gediblər.