...

Azərbaycan paytaxtında bir nəfər odlu silahla özünə qəsd edib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 31 Avqust 2009 17:17 (UTC +04:00)
Azərbaycan paytaxtının mərkəzində özünü odlu silahla vuran paytaxt sakini hazırda əməliyyat olunur. Bakının Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev bazar ertəsi Trend News-a bildirib ki, Nağıyev Kənan Kamil oğlu ağır vəziyyətdə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və hazırda üzərində cərahiyyə əməliyyatı aparılır.
Azərbaycan paytaxtında bir nəfər odlu silahla özünə qəsd edib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan paytaxtının mərkəzində özünü odlu silahla vuran paytaxt sakini hazırda əməliyyat olunur. Bakının Nərimanov rayon prokurorunun müavini Cavid Quliyev bazar ertəsi Trend -a bildirib ki, Nağıyev Kənan Kamil oğlu ağır vəziyyətdə 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və hazırda üzərində cərahiyyə əməliyyatı aparılır.

"1973-cü il təvəllüdlü paytaxt sakini Nağıyev Kənan Kamil oğlu "Gənclik" metrostansiyasının yaxınlığındakı "Ramstore" supermarketinin yanında "Vinçestr" markalı odlu silahla qarın boşluğundan özünü vurub", - Quliyev bazar ertəsi Trend -a bildirib.

Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti