RED: əlavəsi: Birinci abzasda ölənlər və xəsarət alanların sayı haqqında məlumat yenilənib
Azərbaycan, Bərdə, 11 noyabr / Trend , Ş.Cəliloğlu/
Azərbaycanın Tərtər rayonun ərazisində Ağır yol qəzası baş verib. Hadisə nəticəsində Milli Ordumuzun əsgərlərindən 5 ölüb, 7 yaralanıb.
Qəza Borsunlu-Hindarx yolunun 41-ci kilometrdə Cəmilli kəndinin yol ayırıcında baş verib. Qəzada 3 ZİL markalı avtomobil ilə "Mersedes" markalı avtomobil ilə toqquşub. Zİl maşınlarının biri Azərbaycan Ordusuna məxsus olub. Faktla əlaqədar Tərtər Hərbi prokurorluğu tərəfindən araşdırma aparılır.
Meyitlər morqa, yaralanlar isə hərbi hospitala yerləşdirilib. Yaralanların vəziyyəyi barədə heç bir məlumat yoxdur.
Mudafiə Nazirliyi bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
Tərtər Rayon Polis Şöbəsindən verilən məlumata görə ölənlər və xəsarət alanların bir qrupunun şəxsiyyətləri məlum oldu.
Hadisə nəticəsində 1990-cü il təvvəlüdlü Tağıyev Rəşad həlak olub, 1990-cü il təvvəlüdlü Vəliyev Yaşar, 1990-cü il təvvəlüdlü Ağayev Pərviz və 1958-ci il təvvəlüdlü Quliyev Məmməd Əhməd oğlu xəsarət alıblar.