...

İranın Fars əyalətində zəlzələ baş verib

Hadisə Materials 12 Dekabr 2009 12:22 (UTC +04:00)
Şənbə günü İranın Fars əyalətinin Xənc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend news İranın dövlət televiziyasının rəsmi xəbər saytına istinadən məlumat yayıb.
İranın Fars əyalətində zəlzələ baş verib

Şənbə günü İranın Fars əyalətinin Xənc şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend news İranın dövlət televiziyasının rəsmi xəbər saytına istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 05:28-də baş verdiyini qeyd edib.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələ ki heç bir məlumat yoxdur. Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir.

Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan həlak olmuş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 min nəfərdən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti