...

Bakı rayonlarının əksəriyyətində elektrik verilişi dayandırılıb (ƏLAVƏ OLUNUB-4)

Hadisə Materials 9 Fevral 2010 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 fevral / Trend /

Bakı rayonlarının əksəriyyətində elektrik verilişi dayandırılıb. Bu barədə çərşənbə axşamı "Bakıelektrikşəbəkə" (Bakıda elektrik enerjisi paylanması ilə məşğuldur) ASC bildirib.

İlkin məlumatlara görə, yüksəkvoltlu ötürücü xətlərdə problem yaranıb.

Təsdiqlənməmiş məlumatlara görə, elektrik təchizatının kəsilməsinə səbəb sistem qəzasıdır.

Hazırda metroda olan şahidlərin sözlərinə görə, elektrik enerjisinin kəsilməsinə görə sərnişinlər tunellərdə qalan vaqonlardan düşüblər, və onlar növbəti stansiyaya piyada gedirlər. Xüsusilə də bu "Ulduz" və "Nərimanov" stansiyaları arasında müşahidə olnur.

Azərbaycan Paytaxtında elektrik enerjisinin kəsilməsi Heydər Əliyev adına Bakı Beynəlxalq aeroportunun işinə təsir etməyib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli çərşənbə günü deyib.

"Bakı aeroportunda elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur, təyyarələrin qəbulu və yola salınması normal rejimdə həyata keçirilir", - Səfərli deyib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun dediyi kimi, elektrik enerjisinin kəsilməsi qatarların hərəkətinə təsir etməyib.

"Qatarların hərəkəti dayandırılmayıb, bizdə heç bir problem müşahidə olunmur", - Əzməmmədov deyib.

"Bakıelektrikşəbəkə" SC-dən qeyd edildiyi kimi, hazırda elektrik enerjisi verilişi qismən bərpa olunub.

Bakıda elektrik enerjisinin kəsilməsi xəstəxanaların işinə təsir etməyib, belə ki, xəstəxanaların əksəriyətində generatorlar var. Bu barədə Azərbaycanın Səhiyyə Nazirliyindən deyilib.

Elektrik enerjisi verilişindəki problemə görə Bakı metropoliteninin işi tamamilə dayandırılıb. Bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva çərşənbə axşamı deyib.

"Metronun işi bizdən asılı olmayan səbəblərə görə dayandırılıb. Elektrik enerjisnin verilməsində yaranan problem "Azərenerji" (Azərbaycanda elektrik enerjisi istehsalı) ilə bağlıdır. Hazırda elektrik enerjisi verilişindəki problemə görə metropolitenin işi tamamilə dayandırılıb", - Tarıverdiyeva deyib.

Onun sözlərinə görə, hazırda tunellərdə dayanan qatarlarda qalmış sərnişinlərin evakuasiya işləri aparılır. Evakuasiya işləri Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır. Həmçinin hadisə yerində təcili tibbi yardım işçiləri var.

"Elektrik enerjisinin verilişindəki problem metropolitenə böyük zərər vurub", - Tarıverdiyev deyib.

Xəbər lenti

Xəbər lenti