...

Bakıda restoranda baş vermiş güclü partlayış zamanı 6 nəfər xəsarət alıb - FHN

Hadisə Materials 15 Fevral 2010 18:26 (UTC +04:00)
Trend News-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Səbayıl rayonu ərazisindəki, Əlizadə küçəsi 7 ünvanında yerləşən "Elif" restoranında saat 17.00 radələrində partlayış olub. Partlayış zamanı yanğın baş verib.
Bakıda restoranda baş vermiş güclü partlayış zamanı 6 nəfər xəsarət alıb - FHN

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda restoranda bu gün saat 17:00 radələrində baş vermiş güclü partlayış zamanı 6 nəfər xəsarət alıb.

Trend -un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Səbayıl rayonu ərazisindəki, Əlizadə küçəsi 7 ünvanında yerləşən "Elif" restoranında saat 17.00 radələrində partlayış olub. Partlayış zamanı yanğın baş verib.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Rza Xudiyev jurnalistlərə bildirib ki, hadisə restoranın mətbəxində propan qazından baş verib. Hadisə zamanı 6 nəfər xəsarət alıb. Onlarda iksi Kiliniki Tibbi Mərkəzə aparılıb.

Hadisə zamanı 3 mərtəbəli evin birinci mərtəbəsində yerləşən restoranın 20 kvadrat metrlik mətbəxi yanıb.

Hazırda yanğın söndürülüb və baş verən hadisə ilə bağlı araşdırmalar aparlıır.

Partlayış zamanı "Karamel" kafesinə bitişik "Elit" restoranına da ciddi ziyan dəyib. Restoranın bir hissəsi yanıb.

Xəbər lenti

Xəbər lenti