...

İranın Kirman əyalətində zəlzələ baş verib

Hadisə Materials 2 Mart 2010 11:48 (UTC +04:00)
Bu gün səhər İranın Kirman əyalətinin Ravər şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın Kirman əyalətində zəlzələ baş verib

Bu gün səhər İranın Kirman əyalətinin Ravər şəhəri yaxınlığında Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 00:47-da baş verdiyini qeyd edib.

Ravər şəhərinin icra başçısı zəlzələ nəticəsində ölən və yaralananların olmadığını bəyan edib və zəlzələnin kəndlərdə törədə biləcək xəsarətləri haqda hazırda araşdırma aparıldığını deyib.

Ümumiyyətlə, İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş vermişdi. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.

Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti