...

Azərbaycanda qəzaya uğrayan hərbi maşında xəsarət alan əsgərlərin vəziyyəti qənaətbəxşdir - Dövlət Sərhəd Xidməti (YENİLƏNİB)

Hadisə Materials 5 Aprel 2010 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Lerik rayonunda qəzaya uğrayan hərbi maşında xəsarət alan əsgərlərin vəziyyəti qənaətbəxşdir. Dövlət Sərhəd Xidmətinin (DSX) İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə bu barədə məlumat verilib.

Aprelin 3-də saat 15:00 radələrində Lənkəran - Lerik magistralının 48-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndi ərazisində DSX-yə məxsus hərbi maşın aşıb.

Avtomobildəki 18 hərbçidən 4-ü həmin gün, yaralanmış əsgərlərdən biri isə səhəri gün hospitalda dünyasınl dəyişib.

Faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) , 351.3-cü (döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
DSX-dən bildirilib ki, hələlik qəzanın səbəbləri məlum deyil, araşdırmalar davam edir.

Hadisə baş verən gün Lerik rayon prokuroru Salman Səmədov Trend-ə bildirmişdi ki, qəza nəticəsində 5 nəfər hadisə yerində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti