...

Batumidə avtomobilin partlaması nəticəsində şəhər Xilasetmə Xidmətinin başçısı həlak olub

Hadisə Materials 5 May 2010 19:20 (UTC +04:00)
Bu gün Batumidə partlayış nəticəsində şəhər Xilasetmə Xidmətinin başçısı Dimitri Kordzaya həlak olub.
Batumidə avtomobilin partlaması nəticəsində şəhər Xilasetmə Xidmətinin başçısı həlak olub

Gürcüstan, Tbilisi, 5 may /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Batumidə partlayış nəticəsində şəhər Xilasetmə Xidmətinin başçısı Dimitri Kordzaya həlak olub. Polisin məlumatına görə, içərisində Kordzaya və xidmətin əməkdaşı Badri Lamparadzenin olduğu avtomobil şəhərin mərkəzində Tabidze və Ağmaşenebeli küçələrinin kəsişməsində gözlənilmədən partlayıb.

Kordzaya hadisə yerində həlak olub, Lamparadze isə xəstəxanaya çatdırılıb.

Partlayışın səbəbləri dəqiqləşdirilir. Hadisə yerində ekspert və kriminalistlər işləyir.

Hazırda iki versiya üzərində iş gedir - avtomobilin partladılması və texniki nasazlıqlar.

Xəbər lenti

Xəbər lenti