...

Bakıda uşaq bağçasında yanğın olub

Hadisə Materials 13 May 2010 17:00 (UTC +04:00)
Bakıda Təhsil Nazirliyinə məxsus uşaq bağçasında dünən axşam yanğın olub.
Bakıda uşaq bağçasında yanğın olub

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda Təhsil Nazirliyinə məxsus uşaq bağçasında dünən axşam yanğın olub.

Trend-in cümə axşamı Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakı şəhəri, Səbail rayonunda Təhsil Nazirliyinə məxsus 332 saylı uşaq bağçasının yerləşdiyi ikimərtəbəli, ümumi sahəsi 700 kv.m. olan binada yanğın olub.

Nəticədə, binanın 1-ci mərtəbəsində gözətçi otağının yanar konstruksiyaları 10 kv.m. sahədə və dəhlizin yanar konstruksiyaları 20 kv.m. sahədə yanıb. 15 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən təhlükəsiz zonaya təxliyə olunub.

Binanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 18:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti