...

Azərbaycan paytaxtında avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən dəstə yaxalanıb

Hadisə Materials 21 İyun 2010 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycan paytaxtında avtomobil qaçırmaqda və oğurluqda şübhəli bilinən dəstə yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Etibar Əliyev, Anar Məmmədov, Kənan Novruzov və Murad Əliyev tutulublar.

Onlar mayın 12-də Nəsimi rayonu ərazisində "20 Yanvar" küçəsindən Emin Ələsgərova məxsus "VAZ-2107" markalı avtomobilin yük yerini açarseçmə yolu ilə açaraq, ehtiyat təkəri və səs siqnalını oğurlayıblar.

Mayın 16-da A.Əliyev küçəsindən Alim Əhmədova məxsus "VAZ-2107" markalı avtomobili, mayın 25-də isə Azadlıq prospektində İntiqam Balakişiyevə məxsus "VAZ-2106" markalı avtomobili qaçırıblar.

Hər iki avtomobil hadisələrin qeydə alındığı vaxtdan bir qədər sonra polis əməkdaşları tərəfindən tapılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti