...

Azərbaycanın bəzi rayonlarında güclü qasırğa olub

Hadisə Materials 25 İyun 2010 01:10 (UTC +04:00)
Paytaxt Bakıdan 300-350 kilometr məsafədə yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında cümə axşamı gecədən güclü qasırğa baş verib.
Azərbaycanın bəzi rayonlarında güclü qasırğa olub

Azərbaycan, Bərdə, 25 iyun /Trend, müxbir Ş.Mərdanov/

Paytaxt Bakıdan 300-350 kilometr məsafədə yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında cümə axşamı gecədən güclü qasırğa baş verib.

Qasırğa nəticəsində lektrik dirəkləri aşıb, nəticədə regionda elektrik enerjisi verilişi qismən dayandırılıb.

Güclü külək nəticəsində Tərtər ərazisində ağac avtomobilin üzərinə aşıb. Şahidlərin verdiyi məlumata görə, ağacın avtomobilə aşması nəticəsində 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb.

Xəbər lenti

Xəbər lenti