...

Bakı - İsmayıllı avtomaqistralında baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb (YENİLƏNİB)

Hadisə Materials 27 İyun 2010 01:43 (UTC +04:00)
Dünən axşam saat 23:30 radələrində Bakı - İsmayıllı avtomaqistralıyla hərəkət edən Hyundai markalı avtobus dərəyə aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bakı - İsmayıllı avtomaqistralında baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb (YENİLƏNİB)

Azərbaycan, Bakı, 27 İyun / Trend, müxb. K.Zərbəliyeva/

Dünən axşam saat 23:30 radələrində  Bakı - İsmayıllı avtomaqistralıyla hərəkət edən Hyundai markalı avtobus Muğanlı kəndi yaxınlığında dərəyə aşıb.  Qəza nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Şahidlərin sozlərinə görə, avtobus Azərbaycanın çay fabriklərinin birinə məxsus olub və şirkət işçilərini istirahətdən evə gətirirmiş.

İlkin məlumata görə, qəzaya səbəb avtobusun əylac sisteminin nasazlığı olub.

Qəza baş verən əraziyə təcili yardım maşınları və FHN əməkdaşları cəlb olunub. Avtobusu dərədən çıxarmaq məqsədiylə əraziyə xüsusi texnika gətizdirilib.

Son məlumatlara görə yaralıların hamısı Şamaxı rayon xəstəxanasına çatdırılıb.

Avtobus xüsusi texnika vasitəsi ilə dərədən çıxarılıb.
 

Xəbər lenti

Xəbər lenti