...

Bakıda baş vermiş atışmanın iştirakçılarının şəxsiyyəti müəyyən olunub (YENİLƏNİB)

Hadisə Materials 2 İyul 2010 16:53 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 1-də saat 20:06 radələrində Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində 2 "VAZ-2107" markalı və 1 "Mercedes" markalı avtomaşınların sürücüləri tərəfindən avtoxuliqanlıq hərəkətləri edilib və odlu silahdan atəş açılıb.
Bakıda baş vermiş atışmanın iştirakçılarının şəxsiyyəti müəyyən olunub (YENİLƏNİB)

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda dünən gecə saatlarında baş vermiş atışmanın iştirakçılarının şəxsiyyəti müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 1-də saat 20:06 radələrində Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində 2 "VAZ-2107" markalı və 1 "Mercedes" markalı avtomaşınların sürücüləri tərəfindən avtoxuliqanlıq hərəkətləri edilib və odlu silahdan atəş açılıb.

Aparılmış araşdırmalar zamanı avtomaşınların Bakı şəhər sakinləri Anar Dadaşova, Mövsüm Nuriyevə və Pərviz Tağıyevə məxsus olmaları müəyyən edilib.

Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü Dadaşov saxlanılıb.

Suaraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerindən 3 ədəd tapança gilizi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti