...

Pakistanda baş verən daşqınlarda xəsarət alanlar arasında Azərbaycan vətandaşları yoxdur - səfirlik

Hadisə Materials 1 Avqust 2010 21:49 (UTC +04:00)
Pakistanda mindən çox insanın ölümü ilə nəticələnən daşqınlarda ölən və ya xəsarət alanlar arasında Azərbaycan vətandaşları yoxdur. Bu barədə məlumatı Trend-ə bazar günü Azərbaycan Respublikasının Pakistandakı səfirliyindən veriblər.
Pakistanda baş verən daşqınlarda xəsarət alanlar arasında Azərbaycan vətandaşları yoxdur - səfirlik

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir A.Axundov/

Pakistanda mindən çox insanın ölümü ilə nəticələnən daşqınlarda ölən və ya xəsarət alanlar arasında Azərbaycan vətandaşları yoxdur. Bu barədə məlumatı Trend-ə bazar günü Azərbaycan Respublikasının Pakistandakı səfirliyindən veriblər.

"Biz ölən və ya xəsarət alan Azərbaycan vətandaşları haqda məlumat almamışıq. Təbii fəlakət baş verdiyi bölgələrdə əsasən pakistanlılar yaşayır, əməli olaraq orda əcnəbilər yoxdur", səfirliyin əməkdaşı Vüsal Süleymanov Trend-ə bildirib.
 
Pakistanın şimal-qərb hissəsində kəskin musson yağışlarının aramsız yağması nəticəsində başlayan daşqınlar 1100 nəfərin həyatına son qoyub.

Hal hazırda Pakistanın şimal-qərbində xilasetmə axtarış işləri aparılır. Xilsadecilərdən əlavə hökümət qüvvələrinin əsgərləridə axtarışlara cəlb olunub. Bazar gününə keçən gecə 30 min əsgər su basmış ərazilərdən 19 min nəfəri təxliyə edib.

Həkimlər su basmış ərazilərdən çıxarılan əhali arasında təmiz içməli suyun, dava dərmanın çatışmamasıyla əlaqədar epidemiyaların yaranmasından ehtiyat edir. 

Xəbər lenti

Xəbər lenti