...

Bakıda mənzildə baş vermiş partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb

Hadisə Materials 7 Oktyabr 2010 12:39 (UTC +04:00)
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, oktyabrın 7-də saat 03:20 radələrində Sabunçu rayonunun Ramana qəsəbə sakini İxtiyar Qasımovun evində baş vermiş yanğına təbii qazın sızması səbəb olub. Partlayış zamanı yanğın olub.
Bakıda mənzildə baş vermiş partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın paytaxtında mənzildə baş vermiş partlayış zamanı bir ailənin dörd üzvü xəsarət alıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, oktyabrın 7-də saat 03:20 radələrində Sabunçu rayonunun Ramana qəsəbə sakini İxtiyar Qasımovun evində baş vermiş yanğına təbii qazın sızması səbəb olub. Partlayış zamanı yanğın olub.

Partlayış zamanı yanıq xəsarətləri almış Qasımov, arvadı Məlahət, oğlanları Səbuhi və Mirsəməd Qasımovlar xəstəxanaya yerləşdiriliblər.

Partlayış nəticəsində mənzilin qapı və pəncərə çərçivələri dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti