Azərbaycanda kütləvi zəhərlənmə hadisəsi baş verib - iki nəfər ölüb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Ağcabədi rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Ağcabədi rayon prokurorunun müavini Elgün Süleymanov çərşənbə axşamı Trend-ə bildirib ki, rayonun Taynaq kəndində baş vermiş zəhərlənmə iki nəfərin ölümü ilə nəticələnib, daha altı nəfər Bakıya - xəstəxanaya göndərilib.
"Hadisənin ilkin səbəbi kimi, həmin şəxslərin ev şəraitində konservləşdirilmiş xiyar turşusundan baş verdiyi göstərilir", - Süleymanov bildirib.
Faktla bağlı Ağcabədi rayon hüquq-mühafizə orqanları əməkdaşları araşdırmalara başlayıblar.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq