Azərbaycan, Bakı, 29 dekabr /Trend/
Bakıda taksi sürücüsünü öncə hədələyiblər, sonra avtomobilini aparıblar.
Trend-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Xətai rayonu 28 may küçəsində iki naməlum şəxs Bakı şəhər sakini Aqil Quliyevin idarə etdiyi avtomaşına sərnişin qismində oturub Teromov küçəsinə gedəcəklərini bildiriblər. Həmin küçədə onlar Quliyevi bıçaqla hədələyərək onu boğmağa cəhd göstəriblər, pul və telefon verməyi tələb ediblər. İstəklərinə nail olmadıqda isə onu düşürərək avtomaşını aparıblar.
Faktla bağlı ilkin araşdırma tədbirlərinə başlanılıb.