...

Azərbaycanda məhkuma mobil telefon ötürmək istəyən ana saxlanılıb

Hadisə Materials 30 Dekabr 2010 14:27 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Azərbaycanda məhkuma mobil telefon ötürmək istəyən ana saxlanılıb

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbsxanada cəza çəkən məhkuma mobil telefon ötürülməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən cümə axşamı Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkum Məmmədov Rüfət Elşən oğlunun yanına uzun müddətli görüşə gəlmiş qardaşı Məmmədov Azər Elşən oğlunun, həyat yoldaşı İsgəndəroğlu Natia Vladimir qızının və anası Məmmədova Aidə Cabbar qızının gətirdikləri sovqata və üzərlərinə baxış keçirilən zaman anasının alt paltarında gizlədilmiş 1 ədəd "LUXUS" markalı mobil telefon aparatı, 2 ədəd qulaqcıq, 1 ədəd mobil telefon üçün akkumulyator və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

28 yaşlı Məmmədov Cinayət Məcəlləsinin zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və yaxın qohumlarını qəsdən öldürmə (120.2.3) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti