...

Azərbaycanda polis şöbəsinin saxlanma təcridxanasından qaçan şəxslərdən biri tutulub

Hadisə Materials 26 Yanvar 2011 10:28 (UTC +04:00)
Azərbaycanda polis şöbəsinin saxlanma təcridxanasından qaçan şəxslərdən biri tutulub.
Azərbaycanda polis şöbəsinin saxlanma təcridxanasından qaçan şəxslərdən biri tutulub

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda polis şöbəsinin saxlanma təcridxanasından qaçan şəxslərdən biri tutulub.

Göyçay rayon polis şöbəsindən çərşənbə günü Trend-ə verilən məlumata görə, iki gün öncə saxlanma təcridxanasından qaçan 1987-ci il təvəllüdlü Elşən Eminov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İncə kəndində saxlanılıb və istintaqa təhvil verilib.

Təcridxanadan qaçan digər şəxs, 1986-cı il təvəlllüdlü Xəyal Əsgərovun isə axtarışı davam edir.

Onlar barəsində Cinayət Məcəlləsinin 304-cü (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) maddəsi ilə cinayət işi başlanıb.

Eminov Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü (oğurluq) maddəsi ilə, Əsgərov isə 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə təqsirli bilinərək saxlanılmışdılar.

Xəbər lenti

Xəbər lenti