...

Bakıda mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Hadisə Materials 14 Fevral 2011 12:26 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 1-dən 18-dək olan müddətdə Xasməmmədov küçəsində yaşayan Qasım Bağırovun mənzilindən açar seçmə yolu ilə 30 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları, 1 ədəd televizor və məişət əşyaları oğurlanıb.
Bakıda mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıdakı mənzildən oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 1-dən 18-dək olan müddətdə Xasməmmədov küçəsində yaşayan Qasım Bağırovun mənzilindən açar seçmə yolu ilə 30 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları, 1 ədəd televizor və məişət əşyaları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsi və 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Vasilli İkoev yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti