Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Qəbələ rayonunda əmlak mübahisəsi zəminində ər arvadını qətlə yetirib.
Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında 30 yaşlı Bəsdi Məhəmməd qızı Yusifova keçmiş əri Bəkirov Mehman Abdurrəhman oğlu tərəfindən odlu silahla öldürülüb.
Bəkirovun tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Hadisəyə tərəflər arsındakı əmlak mübahisəsinin səbəb olduğu bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) maddəsi ilə cinayət işi başlayıb.