...

Bakı sakinindən külli miqdarda psixotrop maddələr aşkarlanıb

Hadisə Materials 14 Mart 2011 16:04 (UTC +04:00)
Polis Bakı şəhər sakinindən külli miqdarda psixotrop maddələr aşkarlayıb.
Bakı sakinindən külli miqdarda psixotrop maddələr aşkarlanıb

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir K.Zərbalıyeva/

Polis Bakı şəhər sakinindən külli miqdarda psixotrop maddələr aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Azər Dadaşov psixotrop dərman preparatları siyahısına aid olan 1500 tablet "Rivortril" dərmanlarını qanunsuz olaraq saxladığına görə saxlanıb.

Dərman preparatlarının satıldığı Bakı şəhər sakini Sübhi Allahyarova məxsus Qara Qarayev küçəsindəki aptekə və həmin ünvanda yerləşən Bakı şəhər sakini Həmzə Cəbiyevə məxsus mebel mağazasına baxış keçirilib, oradan əlavə olaraq psixotrop dərman pereparatları siyahısına aid olan 150 tablet "Rivortril", 1700 tablet "Phenobarbital", 3000 tablet "Klonezepam" və 12 tablet "Relium" dərmanları da aşkar edilərək götürülüb .

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Allahyarov və Cəbiyev saxlanılıblar.

Faktla bağlı BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti