...

Çində yeni öldürücü virus aşkar edilib

Hadisə Materials 17 Mart 2011 16:03 (UTC +04:00)
Çində yeni öldürücü virus aşkar edilib. Virus nəticəsində ölkənin altı əyalətində azı 36 nəfər dünyasını dəyişib. SFTSV adlandırılan virus soyuqdəyməyə səbəb olur və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır.
Çində yeni öldürücü virus aşkar edilib

Azərbaycan, Bakı, 17 mart /Trend/

Çində yeni öldürücü virus aşkar edilib. Virus nəticəsində ölkənin altı əyalətində azı 36 nəfər dünyasını dəyişib. SFTSV adlandırılan virus soyuqdəyməyə səbəb olur və daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxarır.

Pasientlərin hamısında (ümumilikdə 171 xəstələnmə halı qeydə alınıb) qızdırmanın, trombositopenin (qanda trombositlərin miqdarının azalması) və leykositopenin (leykositlərin miqdarının azalması) yüksəlməsi qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə "Rusiya 24" telekanalı məlumat verib.

Xəsətlənmə hallarının yayılması 2009 və 2010-cu illərdə qeydə alınıb. Ötən ilin sentyabrında xəstələnənlərdən 36-sı vəfat edib, lakin xəstəliyin səbəbini yalnız indi aydınlaşdırmaq mümkün olub.

Bu gün "Sinxua" agentliyinin istinad etdiyi ekspertlər hesab edirlər ki, virusun səbəb olduğu xəstəliklər "ölüm hallarının qeyri-adi yüksək səviyyəsi ilə fərqlənir". Müəyyənləşdirilib ki, o, gənə vasitəsilə yayılır, may ayından iyuladək daha aktiv xarakter daşıyır. Xəstələnənlərin çoxu Mərkəzi Çinin Hubey və Henan əyalətlərinin dağlıq rayonlarının kəndliləridir.

Xəbər lenti

Xəbər lenti