Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir T.Hacıyev/
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 28-i gecə saat bir radələrində Babək prospektində Bakı şəhər sakini Cavidan Nağızadə idarə etdiyi "QAZ-31" markalı avtomobili idarəetməni itirməsi nəticəsində yol kənarındakı beton dirəyə vurub, avtomobilin mühərrik hissəsində yanğın baş verib. Yanğın dərhal söndürülüb.
Hadisə nəticəsində sərnişin Rüstəm Həşimov vəfat edib, sürücü və digər sərnişinlər Emin Səfərov, Qoşqar Nuriyev, Tural Budaqov, Vüsal Şıxəliyev müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
