...

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub

Hadisə Materials 29 Mart 2011 18:25 (UTC +04:00)
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşub. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün saat 17:45 radələrində Binəgədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində qeydə alınıb. Metronun "Azadlıq" stansiyasından Mehdiabad qəsəbəsi istiqamətində hərəkət edən 108 saylı sərnişin avtobusu yolun əks istiqaməti ilə hərəkət edən "KaMAZ" markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və daha 10-a yaxın sərnişin xəsarət alıb.

Faktla bağlı hadisə yerində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti