Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Tərtər rayonunda 8 otaqlı ev yanıb, 4 yaşlı uşaq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Tərtər rayonu Bəyimsarov kəndində (rayon mərkəzindən 16 km aralı) ümumi sahəsi 236 kvadratmetr olan (hər mərtəbəsi 118 kvadratmetr) ikimərtəbəli, 8 otaqlı fərdi evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı evdə olan 2007-ci il təvəllüdlü Səfərov Cəsur Rüstəm oğlu həlak olub.
Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar araşdırma aparılır.