...

Bakıda mənzillərdən külli miqdarda pul oğurlayan şəxslər tutulub

Hadisə Materials 16 Aprel 2011 11:04 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il noyabrın 30-da Şimal DRES mövsüm bağları bağ evlərində yaşayan Rəşid Paşayevin evindən pəncərədən keçməklə 6900 manat, 1200 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanmışdı.
Bakıda mənzillərdən külli miqdarda pul oğurlayan şəxslər tutulub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ötən il mənzildən oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ötən il noyabrın 30-da Şimal DRES mövsüm bağları bağ evlərində yaşayan Rəşid Paşayevin evindən pəncərədən keçməklə 6900 manat, 1200 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanmışdı.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakıxanov qəsəbə sakini Emil Süleymanov aprelin 15-də yaxalanıb.

Bu il aprelin 12-də Bakıxanov qəsəbə sakini Aydın Ağayevin evindən naməlum şəraitdə 10 min manat oğurlayan şəxs də tutulub.

Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Şəhriyar Nuriyev aprelin 15-də tutulub.

Hər iki fakt üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti