...

Bakıda qəbiristanlıqda baş verən mübahisə bıçaqlanma ilə nəticələnib

Hadisə Materials 19 Aprel 2011 10:45 (UTC +04:00)
Bakıda qəbiristanlıqda baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
Bakıda qəbiristanlıqda baş verən mübahisə bıçaqlanma ilə nəticələnib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda qəbiristanlıqda baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 18-i saat 23:00 radələrində Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən qəbiristanlıqda qəsəbə sakinləri Rizvan Erzixanovla Həmzə Xəmzəbəyov arasında mübahisə yaranıb.

Mübahisə zəminində Erzixanov Xəmzəbəyova bədən xəsarəti yetirib.

O, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Zərərçəkmiş isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti