...

Bakıda ağır yol qəzası: ölən və yaralananlar var

Hadisə Materials 16 May 2011 12:13 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zığ-Hava Limanı beton yolunun 2-ci kilometrliyində Bakı şəhər sakini Əsəd Əhmədov idarə etdiyi "BMW" markalı avtomobili idarəetməni itirməsi nəticəsində yolun kənarındakı lövhəyə vurub.
Bakıda ağır yol qəzası: ölən və yaralananlar var

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda ağır yol qəzası olub: iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Zığ-Hava Limanı beton yolunun 2-ci kilometrliyində Bakı şəhər sakini Əsəd Əhmədov idarə etdiyi "BMW" markalı avtomobili idarəetməni itirməsi nəticəsində yolun kənarındakı lövhəyə vurub.

Nəticədə sürücü və sərnişini Rauf İsayev hadisə yerində ölüb, digər sərnişinlər - Elson Nəcəfov, Famil Əhmədov 3 saylı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti