...

Sumqayıtın hərbi komissarı həbs olunub

Hadisə Materials 19 May 2011 11:32 (UTC +04:00)
Sumqayıt hərbi prokurorluğundan Trend-ə verilən məlumata görə, hərbi komissar, polkovnik Samir Məmmədov 10 günə yaxındır həbs olunub.
Sumqayıtın hərbi komissarı həbs olunub

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhərinin hərbi komissarı həbs olunub.

Sumqayıt hərbi prokurorluğundan Trend-ə verilən məlumata görə, hərbi komissar, polkovnik Samir Məmmədov 10 günə yaxındır həbs olunub.

Prokurorluqdan bildirilib ki, hərbi komissar korrupsiya cinayətində ittiham olunur.

Onun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi açılıb.

Sumqayıt hərbi komissarının səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir.

Bir müddət öncə Bakının Binəqədi və Suraxanı rayonlarının hərbi komissarları da korrupsiya cinayətlərində ittiham olunaraq həbs edilmişdi.

Xəbər lenti

Xəbər lenti