...

Paytaxt sakininin evindən 17 min avro oğurlamış şəxs yaxalanıb

Hadisə Materials 8 İyun 2011 11:39 (UTC +04:00)
Paytaxt sakininin evindən 17 min avro oğurlamış şəxs yaxalanıb. Bu barədə çərşənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Paytaxt sakininin evindən 17 min avro oğurlamış şəxs yaxalanıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir T.Hacıyev/

Paytaxt sakininin evindən 17 min avro oğurlamış şəxs yaxalanıb. Bu barədə çərşənbə günü Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Mayın 20-də Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən bağ evində yaşayan Naib Əliyevin evindən pəncərənin şüşəsini və dəmir barmaqlıqları sındırmaq yolu ilə 17 min avro oğurlanıb. Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Çingiz Budaqov iyunun 7-də tutulub.

Xəbər lenti

Xəbər lenti