...

Gürcüstanın Poti şəhərində evləri və küçələri su basıb

Hadisə Materials 15 İyun 2011 14:24 (UTC +04:00)
Şiddətli yağış nəticəsində Gürcüstanın Poti şəhərində küçələri, evlərin birinci mərbələrini və zirzəmilərini su basıb.
Gürcüstanın Poti şəhərində evləri və küçələri su basıb

Gürcüstan, Tbilisi, 15 iyun /Trend, müxbir N.Kirsxaliya/

Şiddətli yağış nəticəsində Gürcüstanın Poti şəhərində küçələri, evlərin birinci mərbələrini və zirzəmilərini su basıb.

Şəhərin mərkəzində nəqliyyatın hərəkəti çətinləşib. Yerli sakinin sözlərinə görə, bəzi küçələrdə suyun səviyyəsi təxminən bir metrdir.

"Yağış dayanan kimi küçələrdən və evlərdən suyun nasosla çəkilməsinə başlanacaq", - Trend-ə şəhər infrastruktur və tikinti xidmətinin rəhbəri Temur Dundua deyib.

O, həmçinin qeyd edib ki, şəhərə elektrik enerjisinin verilməsində fasilələr yaranmayıb.

Xəbər lenti

Xəbər lenti