Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun 2 əsgəri ölüb.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsindəki N saylı hərbi hissədə Ağdərə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Bəşirov Mərdan Arif oğlu xidməti silahından açdığı atəş nəticəsində Səbail RHK-dan hərbi xidmətə çağırılmış əsgər Əlizadə Vüsal İlqar oğlunu qətlə yetirib.
Şəmkir Hərbi Birləşməsindəki N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə olan kiçik çavuş Muradov Kənan motosikleti idarə edərkən idarəetməni itirib və ağaca çırpılıb.
Muradov hadisə yerində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidməti hər iki məlumatı təsdiqləyib.
Hər iki fakt üzrə araşdırma aparılır.