Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda oğurluq edən şəxslər tutulub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, əvvəllər məhkum olunmuşlar - Ötərxan İsmayılov və Elvin Nəsrullayevin iyunun 11-i və 22-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, qəsəbə sakinləri - Cavad Babayevə məxsus "VAZ-21074" markalı, Səyyaf Davudova məxsus "Ford Tranzit" markalı avtomaşınlardan şüşələrini sındırmaq yolu ilə maqnitofonlar və yaddaş kartı oğurladığı müəyyən edilib.
Onlar Vahid Əsgərova məxsus avtomobil təmiri sexindən, Şakir Qurbanova, Əliağa Qasımova məxsus həyətlərdən 3 ədəd qaynaq aparatı və mis naqillər oğurlamaqda da ittiham olunurlar.
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri barəsində cinayət işi başlanıb.