...

Fövqəladə Hallar Nazirliyi təbii fəlakətlə bağlı məlumat yayıb

Hadisə Materials 24 İyun 2011 17:07 (UTC +04:00)
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 22-23-də respublikanın qərb rayonlarına yağış yağıb, çaylarda suyun həcmi artıb.
Fövqəladə Hallar Nazirliyi təbii fəlakətlə bağlı məlumat yayıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Fövqəladə Hallar Nazirliyi təbii fəlakətlə bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 22-23-də respublikanın qərb rayonlarına yağış yağıb, çaylarda suyun həcmi artıb.

Nəticədə Qəbələ rayonunun Zarağan, Aydınqışlaq, Tüntül və Bunud kəndlərində, eləcə də İsmayıllı rayonunun Mican, Talış, Sumağallı, Hapıtlı, Təzəkənd və Qarakolluq kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələr yağış suları ilə dolub.

Həmçinin Qobustan, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarının bəzi kəndlərində bir neçə piyada körpüsü və Ağsu rayonunda avtomobil körpüsü sel suları nəticəsində yararsız hala düşüb.

Hazırda həmin ərazilərdə aidiyyəti qurumların nümayəndələri tərəfindən müvafiq işlər görülür.

Xəbər lenti

Xəbər lenti