...

Azərbaycan-İran sərhədində atışma baş verib, bir sərhədçi həlak olub

Hadisə Materials 4 İyul 2011 11:55 (UTC +04:00)
Azərbaycan-İran sərhədində atışma baş verib, bir sərhədçi həlak olub
Azərbaycan-İran sərhədində atışma baş verib, bir sərhədçi həlak olub

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-İran sərhədində atışma baş verib, bir sərhədçi həlak olub.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 13:15 radələrində Yardımlı rayonunun Arvana kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasının ərazisindən silahlı şəxslər tərəfindən sərhəd pozulub.

Sərhəd naryadına qarşı qəfildən silah tətbiq edilib. Nəticədə sərhəd naryadının başçısı leytenant Quliyev Rüfət Firudin oğlu ağır güllə yarası alıb, zastavaya təxliyə edilən zaman yolda vəfat edib.

Dövlət sərhədinin pozulmasının qarşısı alınıb, silahlı şəxslər İran İslam Respublikasına qaçıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri görülür.

Xəbər lenti

Xəbər lenti