...

Çin vətəndaşı 29 min dolları Azərbaycandan çıxarmaq istəyərkən saxlanılıb

Hadisə Materials 9 İyul 2011 10:46 (UTC +04:00)
Çin vətəndaşı 29 min dollardan artıq pulu Azərbaycandan çıxarmaq istəyərkən saxlanılıb.
Çin vətəndaşı 29 min dolları Azərbaycandan çıxarmaq istəyərkən saxlanılıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Çin vətəndaşı 29 min dollardan artıq pulu Azərbaycandan çıxarmaq istəyərkən saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Çin Xalq Respublikasının vətəndaşı Şenq Peidan Bakı-Urumçi aviareysi ilə Çinə getmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında gömrük nəzarətindən keçərkən onun əl çantasına baxış keçirilib və bu zaman çantanın içərisində gizlədilmiş 29 100 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti