...

Bakıda avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanı başqa avtomobildə tapılıb

Hadisə Materials 19 İyul 2011 14:07 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 7-nə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Murad Ağayevə məxsus "ZAZ-1102" markalı avtomaşının dövlət qeydiyyat nişanları oğurlanıb.
Bakıda avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanı başqa avtomobildə tapılıb

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanı başqa avtomobildə tapılıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 7-nə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Murad Ağayevə məxsus "ZAZ-1102" markalı avtomaşının dövlət qeydiyyat nişanları oğurlanıb.

DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti, Çevik Polis Alayı, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "ZAZ-1102" markalı avtomaşından oğurlanmış dövlət qeydiyyat nişanları iyulun 18-də Azadlıq prospektində hərəkətdə olan "VAZ-2121" markalı avtomaşının üzərində aşkar edilib, görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılıb.

Avtomaşını idarə edən Bakı şəhər sakini Tural İbrahimov müvafiq araşdırmalar aparılması üçün Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti